"Mançester Yunayted” antirekorda imza atıb.

"Unikal" xəbər verir ki, “qırmızı-şeytanlar” şotlandiyalı baş məşqçi Aleks Ferqyusonun gedişindən sonra “Old Trafford”da 34 Premyer Liqa matçında uduzublar.

Son məğlubiyyət ötən gün 10-cu turda “Mançester Siti” ilə oyunda (0:3) qeydə alınıb.

Komanda Ferqyusonun 26 illik dönəmində çempionatda yalnız 34 dəfə uduzub.

Qeyd edək ki, Aleks Ferqyuson 1986-cı ilin noyabrından 2013-cü ilin mayına qədər “Mançester Yunayted”in baş məşqçisi olub.