Gürcüstanda azərbaycanlıların kompakt yaşadığı Dmanisi rayonunda 11-ci sinif şagirdi faciəvi şəkildə dünyasını dəyişib.

"Unikal" xəbər verir ki, Yırğançay  kənd sakini Kərəm Yusubov  traktor idarə edərkən qəza keçirib və yerindəcə ölüb.