İsmayıllı rayonunda intihar hadisəsi olub.

"Unikal"ın məlumatına görə, hadisə bu gün axşam saat 19:00 radələrində rayonun Gideyli kəndində qeydə alınıb. Kənd sakini, 1980-ci il təvəllüdlü Sadıqov Ramil Müsənnif oğlu özünü kəndirlə asıb. Ailə üzvləri hadisədən gec xəbər tutduğu üçün onun həyatını xilas etmək mümkün olmayıb. Ramil Sadıqovun özünə qəsd etməsinin səbəbi hələ ki, məlum deyil. 
Faktla bağlı İsmayıllı rayon Prokurorluğu tərəfindən araşdırma aparılır.

Şahnəzər Bəşirov