Mingəçevirdə səkiyə çırpılan avtomobil aşıb.

"Unikal"ın məlumatına görə, hadisə Müslüm Maqomayev prospektində baş verib. İdarəetmədən çıxan "Toyota Prius" markalı maşın səkiyə qalxaraq aşıb.

Hadisə zamanı yaralanan Oğuz sakini xəstəxanaya çatdırılıb.

Faktla bağlı araşdırma aparılır.

Ehtiram Muradov