Qaxda at qəzaya səbəb olub. 

"Unikal" xəbər verir ki, hadisə bu gün  axşam saatlarında Qax rayonunun Qaradolaq kənd ərazisində baş verib. Novruzov Ramin Abdulla oğlu idarə etdiyi "VAZ 2106" markalı minik avtomobili ilə hərəkətdə olarkən qarşısına at çıxıb. Sürücü əvvəl atı vurub, daha sonra isə avtomobil yoldan çıxıb.

Hadisə zamanı sürücü və avtomobildə olan bir nəfər sərnişin müxtəlif dərəcəli bədən xəsarətləri alaraq Qax rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.