Yevlax şəhərində yaşayış binasında yanğın olub.

"Unikal" FHN-nin saytına istinadən xəbər verir ki, ikimərtəbəli kommunal tipli yaşayış binasının ikinci mərtəbəsində ümumi sahəsi 70 m² olan 3 otaqlı mənzilin eyvanının yanar konstruksiyaları 6 m² sahədə və binanın dam örtüyünün taxta atmaları 10 m² sahədə yanıb.

Mənzilin və binanın qalan hissəsi yanğından mühafizə olunub.

Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.