Tovuzda bir nəfərin xəsarət alması ilə nəticələnən yol qəzası olub.

"Unikal" xəbər verir ki, hadisə rayonun Cırdaxan kəndində baş verib. Üzü rayon istiqamətinə hərəkətdə olan "VAZ" markalı minik maşını yoldan çıxaraq aşıb. Qəza zamanı sürücü xəsarət alıb.

Faktla bağlı araşdırma aparılır.

Tural Əhmədov