Bakı şəhərinin Nəsimi rayonunda yanğın baş verib.

Fövqəladə Hallar Nazirliyindən "Unikal"a verilən məlumata görə, Bakı şəhərinin Nəsimi rayonunda beşmərtəbəli yaşayış binasının 1-ci mərtəbəsində yerləşən ümumi sahəsi 70 m² olan çay evinin mətbəxinin yanar konstruksiyaları 5 m² sahədə, dəhlizə quraşdırılan 1 ədəd elektrik açarı, sanitar qovşağının və şaxtasının plastikdən ibarət qapısı yanıb. Yüksək temperaturdan sanitar qovşağın lambirdən ibarət tavanı 1 m² sahədə əriyib.

Çay evinin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.