"Sovet dövründən qalan təhsil nəzəri olaraq Qərb təhsilindən daha güclü idi. Lakin tətbiqi iş praktiki təcrübədən sonra mümkündür".

"Unikal" xəbər verir ki, bunu əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev Təhsilin İnkişafı Forumunda deyib.

Nazir bildirib ki, təhsil sahəsində konsepsiyaların tətbiqi önəmlidir: "Bilik və bacarıqların sürətli tətbiqinə hazır olmalıyıq. Peşə və ixtisaslar daim inkişaf etməlidir. Burada əhalinin məşğulluğu əsas hədəflərdəndir. Müxtəlif kateqoriyadan olan vətəndaşların hazırlanması vacibdir. Gələcək dövrdə tələblərə görə kadr ehtiyacının artması və azalmasını görəcəyik. Bu da olduqca təbiidir”.