Bərdədə həyətyanı sahədə yanğın olub, bir nəfər tüstüdən zəhərlənib.

Fövqəladə Hallar Nazirliyindən "Unikal"a bildirilib ki, hadisə rayonun Zümürxan kəndində qeydə alınıb.

Belə ki, 10 ton ot bağlamasının 3 tonu yanıb. Ot bağlamalarının qalan hissəsi yanğından mühafizə olunub.

Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.