Azərbaycan Premyer Liqası təmsilçisi “Kəpəz”in futbolçusu Abdullahi Şuaybu vətəninə yollanıb.
"Unikal"ın məlumatına görə, qanında Hepatit B virusu aşkarlan futbolçu vəziyyətinə uyğun olaraq hər 3 aydan bir müvafiq analizlərə cəlb olunub.
O, sonuncu analizi bu günlərdə verib. Analizdə dəyişiklik müşahidə olunduğundan Şuaybunun indiki halda futbol oynaması mümkün hesab edilməyib.
Nəticədə futbolçu komandanın düşərgəsindən ayrılaraq vətəni Nigeriyaya gedib.