Bu gün Tərtər rayonunun Borsunlu kəndində minaya düşən 1999-cu il təvəllüdlü Əli Ağalarovun müalicəsi davam etdirilir.

"Unikal"a danışan Əli Ağalarov hadisənin necə baş verdiyini açıqlayıb:

"Qoyunlarım itmişdi, onları geri gətirmək istəyərkən minaya düşdüm. Əvvəllər həmin ərazidən keçmişdim.

Mən belə başa düşdüm ki, minanı sel yuyub gətirmişdi. Ayağımdan xəsarət almışam", - deyə o bildirib.

Qeyd edək ki, hazırda Bərdə rayon mərkəzi xəstəxanasında olan Əli Ağalarovun sağ ayağın pəncə hissəsinin travmatik amputasiyası həyata keçirilib. Hazırda vəziyyəti orta-ağır kimi qiymətləndirilir, müalicəsi xəstəxanada davam etdirilir.

 

***

07:44

Noyabrın 3-ü saat 01 radələrində Tərtər rayonunun Borsunlu kəndi ərazisində mina partlaması barədə rayon prokurorluğuna məlumat daxil olub.

"Unikal" xəbər verir ki, hadisə nəticəsində 1999-cu il təvəllüdlü Əli Ağalarov sağ ayağın pəncə hissəsinin travmatik amputasiyası xəsarəti alıb. Hazırda vəziyyəti orta ağır olub, müalicəsi xəstəxanada davam etdirilir.

Prokurorluq əməkdaşları tərəfindən hadisə yerinə baxış keçirilib, digər zəruri prosessual hərəkətlər aparılıb.

Faktla bağlı Tərtər rayon prokurorluğunda araşdırma aparılır.

Həsən Adıgözəlov