Sankt-Peterburq sakinlərini döyən dəstənin lideri, bloger Tural Məmmədov Bakıda həbs edilib. 

"Unikal" xəbər verir ki, beynəlxalq axtarışa verilən T.Məmmədov Rusiyaya ekstradisiya edilə bilər. Qeyd olunub ki, Rusiya tərəfi konvensiyaya uyğun olaraq bununla bağlı artıq sorğu göndərib.

Qeyd edək ki, bloger oktyabrın 28-də beynəlxalq axtarışa verilmişdi. 

Ağarza Elçinoğlu