Belə çıxır ki, hətta beynəlxalq platformalarda tərəfdaşlarla ünsiyyət qurmaq Rusiya tərəfindən nümayişkaranə anti-Rusiya jesti kimi dəyərləndirilir. Ermənistan heç kimlə ünsiyyət qurmamalı, başqa platformada iştirak etməməli, heç kimə salam belə verməli deyil. 

"Unikal" xəbər verir ki, bu barədə Ermənistan paramentinin spikeri Alen Simonyan özünün "Telegram" kanalında yazıb.

O, qeyd edib ki, Rusiyaya görə Ermənistan həmişə ontoloji cəhətdən müttəfiqdən asılı olmalıdır, Ermənistan həmişə qorxmalıdır ki, "müttəfiq" olmasa, onu öldürərlər, o qorxu, müttəfiqin qılınc həmişə erməninin başından asılmalıdır. 

Ağarza Elçinoğlu