İsrail Suriyada iranyönlü qüvvələrə qarşı hücumlarını artırıb.

"Unikal" xəbər verir ki, bu barədə "Bloomberg" yazır.

Qeyd olunur ki, Rusiya tərəfi çox vaxt atəşə tutulması barədə əvvəlcədən xəbərdar edilmir və bu, Tel-Əviv və Moskva arasında münasibətlərin pisləşməsinə səbəb ola bilər.

“İsrail Suriyada İranın dəstəklədiyi və İsrail sərhədinə yaxınlaşan silahlılara qarşı zərbələri artırıb. Bu hadisə İsrail siyasətində əsas dəyişikliklə əlaqələndirilir - indi İsrail Suriyanın himayədarı olan Rusiyanı Suriya Ərəb Respublikasının ərazisinə hücumlarla bağlı heç də həmişə əvvəlcədən xəbərdar etmir”, - agentlik qeyd edib.