Aİ-nin Ermənistanda yerləşən müşahidəçilər missiyasının mandatının genişləndirilməsi və gücləndirilməsi gündəmdədir.

"Unikal" xəbər verir ki, bu barədə Ermənistan xarici işlər nazirinin müavini Paruyr Hovhannisyan bildirib. 

Onun sözlərinə görə, bununla bağlı Aİ və ona üzv dövlətlərdən müsbət cavablar var. O, həmçinin qeyd edib ki, yaxın vaxtlarda Avropa İttifaqının Ermənistandakı missiyasının statusu və imtiyazları haqqında saziş imzalanacaq.

Ağarza Elçinoğlu