Güclü yağış və daşqınlar nəticəsində İtaliyanın Toskana bölgəsində azı 3 nəfər həlak olub, bir nəfər isə Veneto bölgəsində itkin düşüb. 

"Unikal" xəbər verir ki, bu barədə "Ranews24" telekanalı məlumat yayıb. 

Daha əvvəl bir nəfərin öldüyü bildirilirdi. Montemurlo şəhərində yaşlı kişinin meyiti evində su ilə dolu otaqda tapılıb.

Toskana rəhbəri Eugenio Gianni bölgədə fövqəladə vəziyyət elan etdiyini bildirib. Onun sözlərinə görə, güclü yağışlar və daşqın çaylar Toskananın mərkəzi şəhərləri olan Prato, Florensiya və Pistoya ətrafındakı ərazilərə ziyan vurub. 

Ağarza Elçinoğlu