İranın şimalındakı Ləngərud şəhərində narkotik maddələrin istifadəsinin reabilitasiya mərkəzində baş verən yanğında 32 nəfər həyatını itirib.

"Unikal" xəbər verir ki, bu barədə İRNA məlumat yayıb. 

"Səhər saatlarında Xəzər dənizi sahilində Gilan vilayətinin Ləngərud şəhərindəki narkotik maddələrin istifadəsi ilə bağlı reabilitasiya mərkəzində yanğın baş verib. Özəl sektora məxsus olduğu bildirilən reabilitasiya mərkəzində baş verən yanğında 32 nəfər ölüb, 16 nəfər yaralanıb", - məlumatda deyilir.

Gilan Qubernatorluğu yanğının reabilitasiya mərkəzindəki qızdırıcının alışması nəticəsində baş verdiyini açıqlayıb.

Gilan şəhərinin baş prokuroru Sadık Niyarəki də hadisədə təqsirli bilinən reabilitasiya mərkəzinin direktorunun həbs olunduğunu bildirib.

Ağarza Elçinoğlu