Rusiya Federasiyasının bu cür kvalifikasiyası reallığa uyğun gəlmir.

"Unikal" xəbər verir ki, bu barədə Ermənistan xarici işlər nazirinin müavini Paruyr Hovhannisyan bildirib. 

"Malta konfransı təhlükəsizlik katibləri üçün platforma idi. Deməzdim ki, bu, Ukrayna məsələsinə həsr olunmuşdu, gündəm daha geniş idi", - nazir müavini qeyd edib.

Xatırladaq ki, Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova bildirmişdi ki, Moskva İrəvanın Maltada Ukrayna ilə bağlı konfransda iştirakına Ermənistanın nümayişkaranə anti-Rusiya jesti kimi baxır.

Ağarza Elçinoğlu