"Rusiyanın Sünik vilayətinin Kapan şəhərində (Zəngəzur iqtisadi bölgəsinin Qafan şəhəri - red.) baş konsulluq açmaq qərarında siyasi komponent görürəm". 

"Unikal" xəbər verir ki, bunu Ermənistan xarici işlər nazirinin müavini Paruyr Hovhannisyan deyib. 

O, qeyd edib ki, konsulluğun açılması şərtləri İranda olduğu kimidir: "Məsələn, bunu Fransa da açıqlayıb. Hesab edirəm ki, digər ölkələrdən də eyni şəkildə diqqət artacaq. Baş konsulluğun yaradılmasının da siyasi komponenti var. Amma burada söhbət mərkəzləşdirilməmiş əməkdaşlıqdan, iqtisadi maraqlardan, müvafiq enerji və mümkün nəqliyyat layihələrindən gedir. Burada mütləq siyasi komponent var. Bu o deməkdir ki, bu və ya digər regionda bütün təsirləri ilə maraq var. Bu, maraq əlamətidir". 

Ağarza Elçinoğlu