Ermənistan və Azərbaycan xarici işlər nazirlərinin görüşü ilə bağlı Moskvadan rəsmi konkret addımlar yoxdur.
"Unikal" xəbər verir ki, bunu Ermənistan xarici işlər nazirinin müavini Paruyr Hovhannisyan deyib.
"Mənim o təklifdən xəbərim yoxdur, ideya kimi səsləndirilib, rəsmi konkret addımlardan xəbərim yoxdur", - deyə siyasətçi bildirib.
Qeyd edək ki, Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova noyabrn 2-də bəyan edib ki, Moskva yaxın vaxtlarda Ermənistan və Azərbaycan xarici işlər nazirlərinin görüşünü təşkil etməyə hazırdır.
Ağarza Elçinoğlu