Almaniyanın xarici işlər naziri Analena Berbok İrəvana səfər edib. 

"Unikal" xəbər verir ki, bu barədə "Armenpress" məlumat yayıb.

Almaniyanın xarici işlər nazirini "Zvartnots" hava limanında Ermənistan xarici işlər nazirinin müavini Paruyr Hovhannisyan qarşılayıb.

Berbok Ermənistana səfəri çərçivəsində Ermənistanın baş naziri Nikol Paşinyan və Ermənistanın xarici işlər naziri Ararat Mirzoyanla görüşəcək.

Bundan sonra alman nazirin Azərbaycana gəlməsi planlaşdırılır. 

Ağarza Elçinoğlu