Noyabrın 3-nə keçən gecə 75 yaşında vitse-admiral Valeri İsak vəfat edib.

"Unikal" Rusiya mediasına istinadən xəbər verir ki, bu barədə Sankt-Peterburq Sualtı Gəmiçilər Klubunun sədri, birinci dərəcəli kapitan İqor Kurdin bildirib.

İsak 1949-cu ildə Bakıda anadan olub. 1971-ci ildə A. S. Popov adına Hərbi-Dəniz və Radio-Texniki İnstitutunu bitirib.

2000-2005-ci illərdə İsak Rusiya Müdafiə Nazirliyinin dərin dəniz tədqiqatları baş idarəsinə rəhbərlik edib. 2003-cü ildə onun rəhbərliyi altında Loşarik kimi tanınan AS-12 nüvə sualtı qayığı sınaqdan keçirilib. Admirala bir sıra dövlət mükafatları verilib.

Nuranə Abbasova