Zaqatalada iki nəfər ağacdan xurma yığarkən yıxılıb.

"Unikal" xəbər verir ki, hadisə bu gün rayonun Dağlı kəndində baş verib. Belə ki, 1952-ci il təvəllüdlü Məmməd Mirzə oğlu Xəlilov və Car kənd sakini 1960-cı il təvəllüdlü Sədullah İbadullah oğlu Laçınov ağacdan xurma yığarkən ehtiyatsızlıqdan yıxılaraq xəsarət alıblar.

Hər iki şəxs Zaqatala Rayon Mərkəzi Xəstəxanasına yerləşdiriliblər. M. Xəlilova boyun fəqərələrinin çoxsaylı sınığı, S. Laçınova isə qabırğaların çoxsaylı sınığı dioqnozu qoyulub, müalicələri hazırda xəstəxanada davam etdirilir. 

Faktla bağlı araşdırma aparılır.

Seymur Əli