Noyabrın 5-də Bakıxanov qəsəbəsi ərazisində Bakı şəhər sakini olan qadının içərisində pulu, mobil telefonu və sənədləri olan çantasının soyğunçuluq yolu ilə talanması barədə Sabunçu RPİ-nin 13-cü Polis Şöbəsinə məlumat daxil olub.

DİN-dən "Unikal"a verilən məlumata förə, polis əməkdaşlarının keçirdikləri əməliyyat tədbiri nəticəsində bu əməli törətməkdə şübhəli bilinən Bakı şəhər sakini, əvvəllər oğurluğa görə məhkum olunmuş Rəvan Balayev saxlanılıb.

Araşdırma aparılır.