Səudiyyə Ərəbistanının "Əl Hilal" klubu argentinalı hücumçu Lionel Messiyə 1 milyard avro maaş təklif edib.
"Unikal" bildirir ki, bu barədə jurnalist Gilem Balague məlumat yayıb.
Məlumata görə, hətta Messi PSJ-də çıxış edəndə də "Əl-Hilal"ın nümayəndələri Parisə gedərək futbolçuya təklif ediblər. Lakin argentinalı heç vaxt bu təklifi ciddi qəbul etməyib və yay transfer pəncərəsi zamanı "İnter Mayami" ilə müqavilə imzalayıb.
Messinin İnter Mayami ilə müqaviləsi 2025-ci ilə qədərdir.
Ağarza Elçinoğlu