Bu gün UEFA Çempionlar Liqasında qrup mərhələsində IV tura start veriləcək.
"Unikal" xəbər verir ki, ilk oyun günündə səkkiz qarşılaşma keçiriləcək.
E qrupunda “Atletiko” İspaniyada Şotlandiya “Seltik”ini, “Latsio” İtaliyada Niderland “Feyenoord”unu sınağa çəkəcək.
F qrupunda İngiltərə “Nyukasl”ı Almaniyada Dortmund “Borussiya”sının, Fransa PSJ-si isə İtaliyada “Milan”ın qonağı olacaq.
G qrupunda İngiltərənin “Mançester Siti” komandası evdə İsveçrə “Yanq Boyz”u ilə, Almaniya “Leyptsiq”I isə Serbiyada “Srvena Zvezda” ilə münasibətlərinə aydınlıq gətirəcək. “Böyük beşlik” təmsilçiləri qalib gələcəkləri halda, 1/8 final mərhələsinə vəsiqəni vaxtından əvvəl təmin edəcəklər.
H qrupunda isə İspaniya “Barselona”sı pley-offda iştirakını erkən rəsmiləşdirə bilər. Bunun üçün kataloniyalılar Ukraynanın “Şaxtyor” (Donetsk) komandasının məğlub etməlidir.
Çempionlar Liqası
Qrup mərhələsi, IV tur
7 noyabr
E qrupu
00:00. “Atletiko” (İspaniya) – “Seltik” (Şotlandiya)
00:00. “Latsio” (İtaliya) – “Feyenoord” (Niderland)
Xal durumu: “Feyenoord” – 6, “Atletiko” – 5, “Latsio” – 4, “Seltik” - 1.
F qrupu
21:45. “Borussiya” (Dortmund, Almaniya) – “Nyukasl” (İngiltərə)
00:00. “Milan” (İtaliya) – PSJ (Fransa)
Xal durumu: PSJ – 6, “Borussiya” – 4, “Nyukasl” – 4, “Milan” - 2.
G qrupu
00:00. “Mançester Siti” (İngiltərə) – “Yanq Boyz” (İsveçrə)
00:00. “Srvena Zvezda” (Serbiya) – “Leyptsiq” (Almaniya)
Xal durumu: “Mançester Siti” – 9, “Leyptsiq” – 6, “Yanq Boyz” – 1, “Srvena Zvezda” - 1.
H qrupu
21:45. “Şaxtyor” (Donetsk, Ukrayna) – “Barselona” (İspaniya)
00:00. “Portu” (Portuqaliya) – “Antverpen” (Belçika)
Xal durumu: “Barselona” – 9, “Portu” – 6, “Şaxtyor” – 3, “Antverpen” - 0.
Qeyd edək ki, A, B, C və D qruplarının oyunları noyabrın 8-də keçiriləcək.