ABŞ Senatındakı demokratlar İsrailə yardım paketini bloklayıblar.
"Unikal"
xəbər verir ki, layihə Respublikaçılar tərəfindən hazırlanıb və Qüdsə 14 milyard 300 milyon dolların ayrılmasını nəzərdə tutur.

Sənədi bu partiyanın üzvlərinin çoxluğa malik olduğu Nümayəndələr Palatası təsdiqləyib. Bununla belə, demokratlar Kiyevi dəstəkləməyin vacibliyində, eləcə də Çinə qarşı mübarizə üçün pul ayırmağın vacibliyində israr edirdilər.

"Vaxt qiymətlidir və Senatın bu kritik yardımın İsrailə ötürülməsini bir gün də təxirə salmaması vacibdir", - Respublikaçı senator Rocer Marshall "Reuters" agentliyinə istinadən bildirib.

ABŞ prezidenti Co Baydenin sözlərinə görə, bütün bu məqsədlər üçün 106 milyard dollar ayrılmalı idi. Bunun 61 milyardını Kiyev, 14 milyardını Təl-Əviv alacaqdı.