Xaçmaz rayonunun Hacıisaoba kəndində ümumi sahəsi 80 m² olan birmərtəbəli (2 otaq və aynabənddən ibarət) evin aynabəndinin yanar konstruksiyaları 30 m² sahədə və dam örtüyü 45 m² sahədə yanıb.

Fövqəladə Hallar Nazirliyindən "Unikal"a bildirilib ki, evin qalan hissəsi yanğından mühafizə olunub.

Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.