Noyabrın 15-də San-Fransiskoda ABŞ Prezidenti Co Baydenlə Çin lideri Si Cinpin arasında ikitərəfli görüş keçirilə bilər.
"Unikal" xəbər verir ki, liderlər arasında danışıqların Asiya-Sakit okean İqtisadi Əməkdaşlıq Təşkilatı sammiti çərçivəsində baş tutması planlaşdırılır.
Məlumata görə, görüşün hazırlıqları son mərhələdədir.
Qeyd edək ki, Çin Si Cinpinin sözügedən sammitdə iştirakını hələ ki rəsmi təsdiq etməyib.