Rusiya Təhlükəsizlik Şurasının katibi Nikolay Patruşev Azərbaycan-Ermənistan münasibətlərinin hansı halda normallaşa biləcəyini açıqlayıb.
"Unikal" xəbər verir ki, bu barədə o, Moskvada MDB Təhlükəsizlik Şurası katiblərinin iclasında bildirib.
Patruşev qeyd edib ki, Bakı ilə İrəvan arasında normallaşma yalnız qeyri-regional qüvvələrin vəziyyətə müdaxilə etməyi dayandırdıqları halda mümkündür: "Qərb ölkələrinin hərəkətləri regionda vəziyyətin pisləşməsinə səbəb olur və orada ziddiyyətlərin davam etməsinə şərait yaradır".
Onun sözlərinə görə, Rusiya tərəfi tərəflərin sülh müqaviləsi bağlaması, sərhədin delimitasiyası və nəqliyyat kommunikasiyalarının açılması üçün Bakı ilə İrəvan arasında münasibətlərin hərtərəfli normallaşdırılması istiqamətində addımlar atır.
Ağarza Elçinoğlu