Bəzi ölkələr MDB ölkələrində qanuni hökuməti, ənənəvi dəyərləri və ümumi vəziyyəti pozmağa çalışır.
"Unikal" xəbər verir ki, bu barədə Rusiya prezidenti Vladimir Putin MDB Təhlükəsizlik Şurası katiblərinin iclasının iştirakçılarına videomüraciətində bildirib.
Rusiya lideri deyib ki, qlobal qeyri-sabitlik Avrasiyaya da ötürülür: "Üstəlik, bəzi ölkələrin hərəkətləri birbaşa MDB ölkələrində qanuni hakimiyyəti, sosial sabitliyi və ənənəvi dəyərləri, ənənəvi sıx ticarət, əməkdaşlıq və mədəni əlaqələrimizi pozmağa yönəlib".
Putin qeyd edib ki, terrorizm və mütəşəkkil cinayətkarlıq, narkotiklərin qanunsuz dövriyyəsi və qeyri-qanuni miqrasiya, radikalizm və ekstremizm, eləcə də iqtisadi, informasiya, texnoloji və bioloji təhlükəsizlik sahəsində risklər MDB ölkələri üçün ümumi təhdid olaraq qalır.
Ağarza Elçinoğlu