Ermənistanın dövlət büdcəsində "Artsaxın" dövlət qurumlarının saxlanması üçün pul yoxdur və olmayacaq.
"Unikal" xəbər verir ki, bunu Ermənistanın maliyyə, kredit və büdcə məsələləri daimi komissiyasının bu gün keçirilən növbədənkənar iclasında komitə sədri Gevorq Papoyan deyib.
Maliyyə naziri Vahe Hovhannisyan da vurğulayıb ki, dövlət büdcəsində artırılan vəsait Qarabağ ermənilərini pensiya, mənzil və digər sosial problemlərinin həllinə yönəldiləcək.
Ağarza Elçinoğlu