ABŞ getdikcə daha çox alyansın bütün ölkələrini Asiya-Sakit okean regionunda gərgin vəziyyət yaratmağa cəlb edir. NATO ölkələrinin təsir zonasını genişləndirmək cəhdləri var, Rusiya buna sakit və ehtiyatla reaksiya verir.
"Unikal"
xəbər verir ki, bunu Rusiya prezidenti Vladimir Putin Çin Xalq Respublikasının Mərkəzi Hərbi Şurasının sədr müavini Çjan Yusemlə görüşündə deyib.
“Bəzi ölkələrin təsir zonasını genişləndirmək cəhdlərini görürük. Bundan başqa, Şimali Atlantika Alyansı, qəribə də olsa, mənim fikrimcə, öz doktrinal sənədlərini pozaraq, sərhədləri, coğrafi hüdudları aşmağa cəhdlər edir”, - Putin bildirib.
Rusiya liderinin sözlərinə görə, ABŞ getdikcə daha çox “bütün alyans ölkələrini Asiya-Sakit okean regionunda gərgin vəziyyət yaratmağa sürükləyir” və ilk növbədə özünün eqoist niyyətlərini rəhbər tutaraq “orada yeni hərbi-siyasi ittifaqlar yaratmağa” çalışır.