Türkiyənin cənubundakı Hatay əyalətində metallurgiya zavodunda partlayış baş verib, 10-dan çox insan xəsarət alıb.

"Unikal" xəbər verir ki, İskəndərun rayonundakı Tosyalı metallurgiya zavodunda baş verən partlayış nəticəsində 13 işçi xəsarət alıb.

Məlum olduğu kimi, xəsarət alanlardan ikisi xəstəxanada intubasiya olunub".
Partlayışla bağlı prokurorluğun araşdırmalara başladığı bildirilir.