“İran müharibəyə müdaxilə etsə İran xalqı bombalanacaq, İran xalqı sanksiyalara məruz qalacaq”.
"Unikal" xəbər verir ki, İranın keçmiş xarici işlər naziri Məhəmməd Cavad Zərif İsrail-HƏMAS arasındakı müharibəyə toxunaraq deyib:
“İşi fələstinliləri öldürmək olan və silahlı olan məskunlaşanlar mülki sayıla bilməzlər, çünki onların kodları yoxdur və hərbi forma geyinmirlər".
"İndi ölkənin ağlabatan siyasəti var, güclü mövqelərlə ekstremizmin qabına su tökməməliyik. Biz əminik ki, İranın müharibəyə müdaxilə üçün heç bir planı yox idi, lakin Blinken onu münaqişəyə çəkmək istəyir. İran müharibədə iştirak etsə, yüksək vəzifəli şəxslərin heç birinə heç nə olmayacaq. İran xalqı bombalanacaq, sanksiyalara məruz qalacaq”, - deyə, o, əlavə edib.