İsrail Müdafiə Qüvvələrinin sözçüsü Daniel Haqari HƏMAS hərəkatının Qəzza zolağının şimalına nəzarəti itirdiyini bildirib.
"Unikal" xəbər verir ki, bu barədə "The Times of Israel" nəşri yazıb.
Onun sözlərinə görə, noyabrın 8-də anklavın 50 minə yaxın sakini humanitar dəhliz vasitəsilə cənuba təxliyə edilib.
"Biz Qəzza şəhərinə hücumu dərinləşdirməyə və mülki obyektlərə bitişik tunelləri bağlamağa davam edirik", - sözçü vuğulayıb.
Haqari qeyd edib ki, atəşkəs üçün heç bir plan yoxdur, lakin İsrail ordusu mülki əhalinin təxliyəsi üçün “humanitar fasilələr” tətbiq edir.