“Qarabağ” və Almaniyanın “Bayer 04” klubu arasında Bakıda keçirilən UEFA Avropa Liqasının qrup mərhələsinin IV tur oyununda hesab açılıb.

"Unikal" xəbər verir ki, 90+4-cü dəqiqədə qonaqlar fərqləniblər.

Viktor Bonifeys penaltini dəqiq yerinə yetirərək, adını tabloya yazdırıb.

Bu qalibiyyət sayəsində xallarının sayını 12-yə çatdıran “Bayer 04” növbəti mərhələyə vəsiqəni rəsmiləşdirib. “Qarabağ” isə 6 xalla ikinci pillədə qərarlaşıb.

Qeyd edək ki, “Qarabağ” yer aldığı H qrupunda növbəti matçını noyabrın 30-da Norveçdə yerli “Molde”yə qarşı keçirəcək.

*** 22:50

“Qarabağ” və Almaniyanın “Bayer 04” klubu arasında IV tur oyununda fasilə başa çatıb.

"Unikal" xəbər verir ki, görüşdə ikinci hissə başlayıb.

*** 22:34

“Qarabağ” və Almaniyanın “Bayer 04” klubu arasında Bakıda keçirilən UEFA Avropa Liqasının qrup mərhələsinin IV tur oyununda birinci hissə başa çatıb.

"Unikal" xəbər verir ki, komandalar fasiləyə yollanıblar.

İlk hissədə qapılara qol vurulmayıb.

*** 21:54

“Qarabağ”la Almaniyanın “Bayer 04” klubu arasında Bakıda keçirilən UEFA Avropa Liqasının qrup mərhələsinin IV tur oyunu başlayıb.

"Unikal" xəbər verir ki, Tofiq Bəhramov adına Respublika stadionunda təşkil olunan qarşılaşmaya saat 21:45-də start verilib.

Görüşü ingiltərəli Kreyq Pousonun rəhbərlik etdiyi hakimlər briqadası idarə edir.

*** 09:12

UEFA Avropa Liqasının qrup mərhələsində bu gün IV turun oyunları keçiriləcək.

"Unikal" xəbər verir ki, Azərbaycanın turnirdəki təmsilçisi “Qarabağ” növbəti matçına çıxacaq.

H qrupunda yer alan Ağdam təmsilçisi Almaniyanın “Bayer 04” klubu ilə üz-üzə gələcək. Qurban Qurbanovun yetirmələri ötən turda səfərdə 1:5 hesabı ilə məğlub olduqları Leverkuzen komandasını Tofiq Bəhramov adına Respublika stadionunda qəbul edəcəklər.

Hazırda “Bayer” 9 xalla qrupa liderlik edir, “Qarabağ” isə 6 xalla ikinci pillədə qərarlaşıb.

Qrupun digər görüşündə “Hekken”lə (İsveç) “Molde” (Norveç) birincilərin meydanında üz-üzə gələcəklər.

UEFA Avropa Liqası
H qrupu, IV tur
9 noyabr

21:45. “Qarabağ” (Azərbaycan) – “Bayer 04” (Almaniya)
Baş hakim: Kreyq Pouson (İngiltərə)
Bakı. Tofiq Bəhramov adına Respublika stadionu