Rusiyanın Baş naziri Mixail Mişustin Dağıstanın Kirovaul kəndinin Rusiyanın əməkdar məşqçisi Abdulmanap Nurməhəmmədovun şərəfinə Manapkala adlandırılması haqqında sərəncam imzalayıb.

"Unikal" xəbər verir ki, müvafiq sənəd Rusiya hökumətinin rəsmi saytında dərc olunub.

“Coğrafi obyektlərin adları haqqında” Federal Qanuna uyğun olaraq və Dağıstan Respublikası Xalq Məclisinin təklifi əsasında Dağıstan Respublikasının Kızılyurt rayonunun bələdiyyə dairəsi ərazisində yerləşən Kirovaul kəndinin adı Manapkala adına dəyişdirilsin”, - deyə sənəddə bildirilir.