"Qərb dövlətləri Ermənistana “müdafiə edərək" Rusiyaya qarşı onunla dostluq etmək istəyirlər".

"Unikal" xəbər verir ki, bunu Rusiyanın xarici işlər naziri Sergey Lavrov “Rusiya-1” telekanalının efirində deyib.

“Hazırda aktiv şəkildə Ermənistanla “dostluq” edən Qərb ölkələri Rusiya Federasiyasına qarşı onunla dostluq etmək istəyir. Moskvanın İrəvanın xarici tərəfdaşlarına qarşı heç bir qərəzi yoxdur. Ermənistan öz kursunu müstəqil müəyyənləşdirməlidir. Biz KTMT-nin üzvü kimi, yaxın müttəfiqimiz, strateji tərəfdaşımız kimi Ermənistanın xarici tərəfdaşlarla münasibətləri necə quracağını özünün müəyyən etməsinin tərəfdarıyıq. Bizim onun xarici tərəfdaşları, dostları ilə bağlı heç bir qərəzimiz yoxdur. Biz heç vaxt heç kimə qarşı deyilik və heç kimlə dost deyilik”, - deyə Lavrov bildirib.