İsrail Qəzzanın şimalındakı qarşıdurmalara hər gün 4 saatlıq fasilə verməyə razılaşıb.
"Unikal" xəbər verir ki, bu barədə Ağ Evdən açıqlama yayılıb.
Məlumata görə, hərbi əməliyyatların aparılmayacağı bu 4 saatlıq fasilədən mülki şəxslərin cənuba keçməsi və humanitar yardımların çatdırılması üçün istifadə olunacaq.
İsrailin bu fasilələrin vaxtını başlamadan 3 saat əvvəl açıqlayacağı bildirilib.