Latviya Seyminin (parlament) keçmiş deputatı Yanis Adamsons Rusiyaya casusluq ittihamı ilə səkkiz il 6 ay müddətinə həbs edilib.

"Unikal" xəbər verir ki, bu barədə LETA agentliyi məhkəmənin mətbuat xidmətinə istinadən xəbər yayıb.

Məhkəmənin fikrincə, eks-parlamentar qanunsuz, müntəzəm və məqsədyönlü şəkildə keçmiş DTX zabiti Gennadi Silonov vasitəsilə Rusiya Federal Təhlükəsizlik Xidmətinə (FTX) məxfi məlumatları toplayaraq ötürüb.

İstintaqın fikrincə, ötürülən məlumatlar Latviya dövlət orqanlarının, hüquq-mühafizə orqanlarının, dövlət təhlükəsizlik strukturlarının işi haqqında, həmçinin respublikanın dövlət müdafiə sistemi haqqında  məlumatları ehtiva edib,

Öz növbəsində Adamsonsun vəkili Mixail Çernousov hökmdən apellyasiya şikayəti verəcəyini bildirib. O iddia edir ki, müttəhimin günahı sübuta yetirilməyib və cinayət işi “amamilə uydurmadır.