Çukotkada itmiş An-2 təyyarəsi tapılıb, göyərtəsində olanların hamısı sağdır.

"Unikal" xəbər verir ki, bu barədə vilayətin qubernatoru Vladislav Kuznetsov özünün "Telegram" kanalında məlumat verib .

“İtmiş təyyarə tapılıb. İlkin məlumata görə, hər üç nəfər - pilot və sərnişin sağdır”, - deyə o bildirib.

 .***11:01

Rusiyanın Çukotka diyarında "An-2" təyyarəsi radarlardan itib.

"Unikal" Rusiya mətbuatına istinadən xəbər verir ki,  Pevek-Polyarnı-Pevek marşrutu üzrə hərəkət edən təyyarə eniş vaxtı əlaqəyə çıxmayıb.

Təyyarədə biri sərnişin olmaqla 3 nəfər olub. Hazırda operativ axtarışlar aparılır

Operativ xidmətdən verilən məlumata görə, təyyarənin son koordinatları hazırda məlumdur, lakin hələ ki, təyyarəni aşkarlamaq və ya onunla əlaqə qurmaq mümkün olmayıb. Axtrışlara xilasedicilərlə yanaşı könüllülər də qoşulublar.