Mühasirəyə alınan Qəzza zolağının şimalındakı çimərlikdə İsrail bayrağı dalğalandırılıb. 

"Unikal" xarici KİV-ə istinadən xəbər verir ki, Qəzzanın şimalındakı sahil bölgəsində çəkildiyi iddia edilən görüntü İsrail mətbuatında yayımlanıb.

Bildirilir ki, İsrail əsgərləri çimərlikdə İsrail bayrağını qaldıraraq milli himn oxuyublar.  

Həmçinin, bölmə komandiri ivrit dilində çıxışında Qəzzannı İsrailə aid olduğunu deyib:

“2 min illik sürgündən sonra Qəzzanın limanlarına və çimərliklərinə qayıtdıq. Bizi 20 il əvvəl buradan qovmuşdular. Bu missiyanı başa çatdırmağın başqa yolu yoxdur. İsrailin məqsədi heç vaxt bitmir. Bizim məqsədimiz. İsrailin hədəfi, 2 min illik itkisi, durduğumuz yerdədir.. Biz İsrail xalqı, İsrail torpağı üçün döyüşürük. Bura bizim torpağımızdır”