İsrail qırıcıları Qəzzadakı əl-Rentis Uşaq Xəstəxanasını bombalayıb.  

"Unikal" xəbər verir ki,  bu barədə  Qəzza Səhiyyə Nazirliyinin sözçüsü Əşrəf əl-Qədər məlumat yayıb. 

O əlavə edib ki, hücumdan sonra xəstəxanada böyük yanğın baş verib. Hücum nəticəsində ölən və ya yaralananların dəqiq sayı barədə məlumat verilmir.