Milli Kəşfiyyat Təşkilatı İraqın şimalında əməliyyat keçirib. 

"Unikal" xəbər verir ki,  bu barədə Türkiyə KİV-ləri məlumat yayıb. 

Bildirilir ki, əməliyyat zamanı terror təşkilatı PKK/KCK-nın narkotik vasitələrin qanunsuz dövriyyəsi və çirkli pulların yuyulmasında məsul olduğu iddia edilən "Rızgar Suvar" kod adlı Yadin Bulutu zərərsizləşdirib.