Mərkəzi Kahramanmaraş olan zəlzələlərin vurduğu Hatayda minlərlə insan həyatını itirib.
"Unikal" Türkiyə mətbuatına istinadən xəbər verir ki, təbii fəlakətin 276-cı günündə Hatayda eyni binanın dağıntıları altından iki meyit tapılıb.
Xarici ölkə vətəndaşlarına aid olduğu ehtimal edilən meyitlər morqa aparılıb. Onların kimliyi DNT araşdırmaları ilə müəyyən ediləcək.
Xatırladaq ki, fevralın 6-da Türkiyənin 11 vilayətində dağıntılara və on minlərlə insanın ölümünə səbəb olan 7,7 və 7,6 bal gücündə zəlzələ baş verib.