Ermənistanın baş naziri Nikol Paşinyan Bronyar sarayında “6-cı Paris Sülh Konfransı”nın açılış mərasimində iştirak edib.

"Unikal" xəbər verir ki, tədbirdə Fransa Prezidenti Emmanuel Makron, Avropa Şurasının sədri Şarl Mişel, eləcə də hökumət və beynəlxalq təşkilatların rəhbərləri də iştirak ediblər.

Paşinyanın "rəqabət şəraitində əməkdaşlıq, sülhün qurulması və daha təhlükəsiz dünya quruculuğu" adlı panel müzakirəsində iştirak edəcəyi də bildirilir.