BMT-nin İsraildəki rəsmi nümayəndəsi Ravnina Şamdasani ölkə rəhbərliyinin BMT-nin İnsan Haqları üzrə Ali Komissarı Volker Türkün ölkəyə səfərinə icazə vermədiyini bildirib.
"Unikal" bu barədə rəsminin bəyanatına istinadən xəbər verir.
“Təəssüf ki, Ali Komissar hakimiyyət orqanlarına müraciət etməsinə baxmayaraq, işğal olunmuş İsrail və Fələstinin ərazilərinə səfər etmək üçün icazə almayıb.
Bununla belə, o, bu ərazilərdən olan vətəndaş cəmiyyəti nümayəndələri ilə ünsiyyət qura bildi”, - deyə Şamdasani bildirib.