Kanada Parlament qəzetinə, “İzvestiya” nəşrinə və REN telekanalına qarşı sanksiyalar tətbiq edib.
"Unikal" xəbər verir ki, bu barədə Kanada Xarici İşlər Nazirliyinin saytında məlumat verilib.
Kanada Xarici İşlər Nazirliyi həmçinin qeyri-kommersiya tərəfdaşlığı Sosial Mühafizəkar Siyasət Mərkəzini, Rusiya Elmlər Akademiyasının (RAS) Dövlət və Hüquq İnstitutunu (ISP) və “Russia Beyond” qəzetini də sanksiyalar siyahısına daxil edib.
Siyahıya 9 nəfər də daxil edilib. Onlar arasında rusiyalı müğənni Jasmine də var.
Noyabrın 6-da Kanada Kral Bankının beynəlxalq iqtisadi sanksiyalar departamentinin direktoru Stiven Alsas bildirib ki, Kanadanın Rusiyaya qarşı sanksiyaları sadə rusların həyatına təsir edir.
Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov Rusiya Federasiyasına sanksiya təzyiqinin artacağını bəyan etmişdi .